Azərbaycan-İsrail ticarət dövriyyəsi 2 dəfə artacaq - Corc Dik

Hazırda oxunan: Azərbaycan-İsrail ticarət dövriyyəsi 2 dəfə artacaq - Corc Dik

129893

"Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq".

Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "AZTV"yə müsahibəsində bildirib.

"Bu gün xalqlarımız arasında cəmiyyət səviyyəsində sıx dostluq əlaqəsi var. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Buna görə ticarəti şaxələndirmək istəyirik. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq", - deyə səfir əlavə edib.

Xatırladaq ki, 29 mart 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycanın İsraildəki Səfirliyinin açılış mərasimi keçirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin