Bu ilin I rübündə Azərbaycanda maliyyə axını 19,2 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard manat və yaxud 9,5% çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin I rübündə olduğu kimi 2023-cü ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (21,2 %), tikinti (15,3 %), topdan və pərakəndə ticarət (13,6 %), mədənçıxarma sənayesi (10,2 %) olub.
Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə nəqliyyat və anbar təsərrüfatı (2,9 dəfə) olub.
Növbəti yerlərdə tikinti (89 %) və kənd təsərrüfatı (75 %) sahələri qərarlaşıb.
Azalmalar isə maliyyə və sığorta fəaliyyəti (35 %), dövlət idarəetməsi və müdafiə (25 %), istirahət, əyləncə və incəsənət (1 %) sahələrində qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:06 / 07.04.2023
Azərbaycanda maliyyə axını neçə faiz artıb?
Hazırda oxunan: Azərbaycanda maliyyə axını neçə faiz artıb?
Hazırda oxunan: Azərbaycanda maliyyə axını neçə faiz artıb?
129534
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.