“Elektroenergetika haqqında” yeni qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.
“Əvvəla qeyd etmək lazımdır ki, yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi, ümumiyyətlə, nəzərdə tutulmur və qiymətlər tənzimlənəcək.
Bazar modeli tam fəaliyyətə başladıqdan sonra isə ötürmə və paylama fəaliyyəti dövlət inhisarında qaldığı üçün o da tənzimlənəcək. Rəqabət mühiti və bazarda ucuz qiymət təklif edən istehsalçıların mövqeyi olması isə topdan satış qiymətlərini, nəticədə pərakəndə satış qiymətlərinin artmasına imkan verməyəcək”, - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
16:40 / 07.04.2023
Azərbaycanda enerji qiyməti artacaq? - Nazir AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda enerji qiyməti artacaq? - Nazir AÇIQLADI
Hazırda oxunan: Azərbaycanda enerji qiyməti artacaq? - Nazir AÇIQLADI
129510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.