Tacikistan rəhbəri: “Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil”

Hazırda oxunan: Tacikistan rəhbəri: “Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi malik olduğumuz potensiala uyğun deyil”

129124

“Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik”. 

Bizim.Media xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Tacikistana səfər etdi - FOTO/VİDEO


“Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq”, - deyə Tacikistan Prezidenti bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin