Azərbaycan qazının Rumıniyaya NƏQLİ - Saziş qüvvəyə minir 

Hazırda oxunan: Azərbaycan qazının Rumıniyaya NƏQLİ - Saziş qüvvəyə minir 

128406

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rumıniyanın “Romgaz S.A.” şirkəti arasında imzalanmış müqavilə bu gündən qüvvəyə minir. 

Bizim.Media xəbər verir ki, bu, "Azərbaycan qazının 2023-cü il aprelin 1-dən 2024-cü il aprelin 1-dək Rumıniyaya tədarükü haqqında" sazişdə öz əksini tapıb. 

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən 9-cu iclası çərçivəsində fevralın 3-də 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya 1 milyard kubmetrədək həcmdə qazın nəqlinə dair saziş imzalanıb. Bu, SOCAR və Romgaz S.A. arasında imzalanmış sənədlərin davamıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin