Fatih Dönməz: TANAP-ın ötürücülük qabiliyyəti ikiqat artırılacaq

Hazırda oxunan: Fatih Dönməz: TANAP-ın ötürücülük qabiliyyəti ikiqat artırılacaq

128223

"Trans-Adriatik qaz kəmərinin (TANAP) ötürücülük qabiliyyəti yaxın gələcəkdə ikiqat artırılacaq".

Bizim.Media "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"TANAP Azərbaycan qazının Türkiyəyə və oradan da Avropaya nəqlini təmin edən vacib infrastrukturdur. Hazırda ötürücülük gücü illik 16 milyard kubmetrdir, lakin biz yaxın gələcəkdə onu ikiqat artıracağıq. Türkiyə də, qonşularımız da ötürücülük qabiliyyətinin artırılmasından qazanacaqlar", - deyə o, aydınlıq gətirib.

F.Dönməz Türkiyənin həm özünün, həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsini öz üzərinə götürən ölkələrdən biri olduğunu bəyan edib.

Qeyd edək ki, TANAP "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Gürcüstan-Türkiyə sərhəddindən Türkiyənin qərb sərhədlərinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard dollardan azdır. TANAP-ın ilkin ötürücülük gücü gələcəkdə 31 milyard kubmetrədək artırılma imkanı ilə ildə 16 milyard kubmetr qaz təşkil edir. Təqribən 6 milyard kubmetr qaz Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.
TANAP-da iştirak payı aşağıdakı kimidir: "Cənub Qaz Dəhlizi" QSC - 51%,SOCAR Türkiye Energy - 7%, BOTAS - 30% və bp - 12%.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin