Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə P. Şahbazov özünün “Twitter” hesabında yazıb.
“Azərbaycandan Macarıstana ilin sonunadək təbii qaz tədarükünə başlanıla bilər”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, qörüşdə, həmçinin “Yaşıl enerji” layihəsi üzrə zəruri addımları müəyyənləşdirilib.
Qeyd edək ki, bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin III iclası keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatına üzv, Macarıstan, Türkmənistan və Şimali Kipr isə müşahidəçi dövlətlərdir.
Bizim.Media
Xarici işlər və ticarət naziri Peter Siyarto ilə ilin sonunadək Macarıstana #QazTədarükü, #YaşılEnerjiDəhlizi layihəsinin icrası məsələlərini müzakirə etdik. Layihə üzrə zəruri addımları müəyyənləşdirdik. pic.twitter.com/bLJJNKxvyr
— Parviz Shahbazov (@ParvizShahbazov) March 30, 2023