Azərbaycan indiyədək Avropaya nə qədər qaz tədarük edib?

Hazırda oxunan: Azərbaycan indiyədək Avropaya nə qədər qaz tədarük edib?

128064

Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri istismara veriləndən indiyə kimi Avropaya 22 mlrd. kubmetr qaz tədarük olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, TANAP və TAP boru kəmərləri istismara veriləndən indiyə kimi Türkiyəyə 20,9 mln. kubmetr, Avropaya isə 22 mlrd. kubmetr Azərbaycan qazı tədarük edilib.

Qeyd olunub ki, Türkiyəyə 10,2 mmlrd. kubmetr, Avropaya isə 12 mlrd. kubmetrə yaxın təbii qazın tədarükü nəzərdə tutulur.

Xatırladaq ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

TAP kəməri ilə Avropaya kommersiya yönümlü Azərbaycan qazının nəqlinə 2021-ci ilin dekabrın 31-də başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin