Azərbaycanda sərnişindaşımalar 21 % artdı

Hazırda oxunan: Azərbaycanda sərnişindaşımalar 21 % artdı

126452

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yük və sərnişin daşımaları 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,6 % və 20,7 % çox olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilir ki, 2 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 33,8 milyon ton yük daşıyıb. Yüklərin 53,3 %-i avtomobil nəqliyyatı, 34,7 %-i isə boru kəməri, 8,6 %-i dəmir yolu, 3,3 %-i dəniz, 0,1 %-i hava ilə daşınıb. 
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,2 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 74,7 % təşkil edib.

Hesabat dövründə nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 %-i avtomobil, 12,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin