Bayram günlərində otellərin qiymətində hansı dəyişiklik var? - MÜNASİBƏT

Hazırda oxunan: Bayram günlərində otellərin qiymətində hansı dəyişiklik var? - MÜNASİBƏT

126445

Novruz bayramında 9 günlük bayram tətili insanlara həm də yetərincə istirahət etmək fürsəti verir. Bu bayram günlərində istər paytaxtda istərsə də bölgələrdə otel sifarişləri artıb. Görəsən, Novruz bayramında turizm bölgələrində yerləşən hotellərdə qiymətlər necədir? Müşahidələr göstərir ki, əksər otellər Novruz bayramını fürsət bilərək qiymətləri artırıblar. Bəzən bu qiymət artımı 2-3 dəfələrlə ölçülür.

Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bölgələrdə otellərin baha olmasının iki ən böyük səbəbi var: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda niyə ancaq 5 ulduzlu otellər tikilir? – İqtisadi DİLEMMA


“Birinci səbəb quru sərhədlərinin hələdə məntiqsiz olaraq qapalı olması, ölkə daxilində ancaq gediş-gəlişin sərbəstliyi, bayramlarda da insanlar ölkə daxilində istirahətə üz tuturlar.

İkinci səbəb isə rəqabətsizlik mühitidir. Bu sahədə rəqabət yoxdur. Regionlarımızda otellərin sayı azdır və insanlar da sadəcə o otellərə üz tutmağa məcbur olurlar və bunun da nəticəsində otellərdə qiymətlər iki və üç dəfəyə qədər bahalaşır. Ümid edirik ki, qarşıdakı illərdə otellərin sayı artar və rəqabət güclənər".

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin