Azərbaycanla Türkiyə arasında tikinti sahəsində əməkdaşlıq memorandumu TƏSDİQLƏNDİ 

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında tikinti sahəsində əməkdaşlıq memorandumu TƏSDİQLƏNDİ 

126274

Azərbaycanla Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərman imzalayıb. 

Fərmanda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 

1. 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilsin. 

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin. 
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin