Azərbaycanda 7 rayonu birləşdirən yolda daha 2 körpü inşa edilir - FOTO

Hazırda oxunan: Azərbaycanda 7 rayonu birləşdirən yolda daha 2 körpü inşa edilir - FOTO

12613

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur.

Bizim.Media xəbər verir ki, əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması işləri sürətlə davam edir.

Yeni qurulan yol İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını birləşdirən ən qısa yoldur.

Ümumi uzunluğu 85.6 kilometr olan yolun yenidənqurmadan sonra 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud ikizolaqlı avtomobil yolu genişləndirilərək dörd hərəkət zolağından ibarət olacaq.

Yolun Qəbələ rayonu ərazisindən keçən hissəsində yenidənqurma işləri sürətləndirilib. Hazırda Dəmiraparançay və Vəndam çayları üzərində yeni körpülərin inşasına başlanılıb.

Yeni inşa edilən körpülər və yol istiqaməti həm magistralın qısalmasına, həm də müasir və etibarlı körpülərlə qurulmuş avtomobil yolunun olmasına zəmin yaradacaq.

Qeyd edək ki, yeni salınan yolun bir zolağının eni 3.5 metr, ümumi eni isə 17 metr təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin