Ekspertlər bu fəlakətin Azərbaycana təsirlərindən danışırlar...
Dünya qlobal iqtisadi çöküş riski qarşısında qalıb. Fəlakətin qarşısını almaq üçün dövlət rəhbərləri tələbatı stimullaşdıran tədbirlər görməlidir. Bu barədə Beynəlxalq Valyuta Fondunun direktorunun birinci müavini Devid Lipton “The Financial Times”x9d qəzetində dərc edilmiş açıqlamasında bildirir.xa0
Onun sözlərinə görə, qlobal iqtisadiyyat doğrudan da çətin vəziyyətdədir. Lipton siyasətçiləri iqtisadi artımı və tələbatı stimullaşdıran tədbirlər görməyə, habelə əmtəə və valyuta bazarlarında hökm sürən yüksək volatilliyin nəticəsi olaraq yaranan yeni təhdidlərə hazırlaşmağa çağırır.xa0
“İqtisadi fəallığı dəstəkləmək və dünya iqtisadiyyatının dayanıqlığını təmin etməyin vaxtıdır”x9d,- deyə Devid Lipton qeyd edib. Qəzet yazır ki, BVF-in direktor müavinin bu bədbin açıqlaması Çin iqtisadiyyatına dair neqativ statistikanın dərc olunmasından sonraya təsadüf edib. Belə ki, fevral ayında Çindən ixrac xa0ötən ilin fevral ayına nisbətən 25,4 faiz azalıb. İdxal isə 13,8 faiz aşağı düşüb.
Yerli ekspertlər isə musavat.com-a dünyanın qlobal iqtisadi çöküş riski qarşısında qalmasının Azərbaycana hansı təsirləri olacağını açıqlayıblar.xa0
Ekspert Fikrət Yusifovun sözlərinə görə, 2016-2017-ci illərdə dünya iqtisadiyyatında baş verəcək proseslərin ürəkaçan olmayacağına dair müxtəlif proqnozlar var: “Verilən proqnozlar son illərdə dünya iqtisadi sistemində baş verən və hələ ki, konturları mütəxəssislərə tam aydın olmayan proseslər kimi mürəkkəb, bəzən də anlaşılmazdır. Beynəlxalq Valyuta Fondunun da dünya iqtisadiyyatının vəziyyətinə cari il və yaxın perspektiv üçün verdiyi proqnozlar ürəkaçan deyil. İndiki dönəmlərdə hər kəsin diqqət mərkəzində olan məsələlərdən biri Çin iqtisadiyyatının vəziyyəti və onun yaxın perspektivdəki aqibətidir. Dünya iqtisadiyyatının nəhənglərindən biri olan Çində baş verən iqtisadi tənəzzül meylləri və yaxın illər üçün bu durumdan çıxma perspektivlərinin görünməməsi ciddi xa0narahatlıq doğurur. Çin iqtisadiyyatındakı mövcud durumu və yaxın illərdəki gözləntiləri təhlil edən bəzi xa0mütəxəsislərin cari və gələn il üçün bu ölkənin iqtisadi proqnozlarına verdikləri qiymət diqqət çəkir. Belə ki, Çin hökuməti cari il üçün iqtisadiyyatın 6,8-6,9 faiz səviyyədə arta biləcəyini bildirsə də, mütəxəssislər Çin tərəfin bu rəqəmləri şişirtdiyinə işarə edərək, gələcək illərdə onların real olaraq 3-4 faizi ötməyəcəyini bildirirlər. Bu isə bütövlükdə dünya iqtisadiyyatı üçün çox ciddi siqnaldır. Azərbaycan müqayisədə nə qədər kiçik bir ölkə olasa da, dünya iqtisadi müstəvisinin bir parçasıdır. Bu səbəbdən dünya iqtisadiyyatında baş verə biləcək təlatümlərin bizdən tamamilə yan keçməsi mümkün deyil. Biz hər vəziyyətə hazır olmalıyıq. İqtisadiyyatın real sektorunun inkişafı və struktur islahatları istiqamətində başlanan işlər daha da sürətlə aparılmalı və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının neftdən asılılığı minimuma endirilməlidir”x9d.
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, əslində qlobal iqtisadiyyatda yaşanan problemlərin Azərbaycana ən böyük təsir vasitələrindən biri satdığımız məhsulun, yəni neftin qiyməti ilə bağlıdır: “İqtisadiyyat nə qədər çox qlobal ölçüdə zəifləyirsə, iqtisadi artım tempi aşağı düşürsə, hansı ki, Beynəlxalq Valyuta Fondu bununla bağlı xəbərdarlıq edib, iqtisadi aktivlik nə qədər azalırsa, təbii ki, enerji daşıyıcılarına, xammal resurslarına tələbat da bir o qədər çox azalır. Bu isə uzun və orta vadədə Azərbaycanın əsas dolanışıq mənbəyi neftin qiymətinin aşağı səviyyələrdə qalması ehtimalını yüksəldir. Bu nöqteyi-nəzərdən təbii ki, qlobal böhranın dərinləşməsi, ölkələrdə iqtisadi aktivliyin azalması, Çin kimi böyük bir iqtisadiyyatın tənəzzülü və iqtisadi artım tempinin aşağı düşməsi təbii ki, bu yöndən Azərbaycana təsir göstərəcək. Yəni xammalın qiymətləri nöqteyi-nəzərindən təsiri olacaq. Digər tərəfdən, qlobal iqtisadi fəlakət vaxtı ölkələrin iqtisadi aktivliyinin azalması ölkələrin sərbəst kredit imkanlarına çıxışını çətinləşdirir. Azərbaycan kiçik və reytinqi aşağı ölkə olduğu üçün gələcəkdə obrazlı desək, kredit növbəsində axırıncı yerlərdə qalmağa məcbur olacaq. Çünki böyük iqtisadiyyatlara böyük yatırımlar etməli olan Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avrasiya İnkişaf Bankı tipli böyük təşkilatlar ilk növbədə böyük iqtisadiyyatların xilas olunması ilə məşğul olacaqlar. Reytinqi daha yüksək olan ölkələrə kredit verəcəklər".xa0
Ekspertin sözlərinə görə, bu da Azərbaycanın kredit resurslarına çıxış imkanlarını kifayət qədər məhdudlaşdıracaq: "Azərbaycan hökuməti qlobal böhranla paralel spesifik böhranla da üzbəüz qalıb. Yəni Azərbaycanda artıq iki ilə yaxındır ki, iqtisadiyyatda ciddi tənəzzül yaşanır, iqtisadi aktivlik xeyli dərəcədə aşağı düşüb. Bu, qlobal məsələ ilə birbaşa bağlı deyil. Əsas məsələ Azərbaycanın əsas ixracat məhsulu olan neftin qiymətinin düşməsi ilə bağlıdır ki, ölkə pul qazana bilmir. Ölkəyə valyuta gəlişi xeyli dərəcədə azalıb. Bu baxımdan Azərbaycan hökuməti dünya ölkələrinin hökumətindən ikiqat, üçqat daha çox işləməli, səy göstərməlidir ki, Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmağa nail olsunlar. Bunun da yolu ciddi, köklü, sistemli islahatlardan keçir. Yəni çox təəssüf ki, Azərbaycan hökumətinin nə antiböhran, nə də addım-addım hansı islahatların hansı zaman kəsimində həyata keçirilməsi ilə bağlı doğru-dürüst açıqlanmış proqramı var. Bu da təəssüf doğurur və əndişə yaradır ki, Azərbaycan kimi bir ölkənin belə ağır durumdan heç bir yol xəritəsi olmadan çıxması mümkün deyil. Hökumət bu yol xəritəsini iki il bundan öncə hazırlamalı idi. Amma hələ də yoxdur. Hökumətin yeganə ümid yeri o idi ki, dünya bazarlarında neftin qiyməti qalxacaq və bununla da problemlər öz-özünə həll olunacaq.xa0
Beynəlxaq Valyuta Fondunun xəbərdarlığı bir daha sübut edir ki, xammalın, o cümlədən neftin qiyməti uzun müddət çox aşağı səviyyədə qalacaq ki, bu da Azərbaycan kimi ölkələrə daha çox təsir göstərəcək”x9d.(musavat.com)

































































































