Ərəb sərmayəsi Azərbaycanı xilas edə bilərmi?

Hazırda oxunan: Ərəb sərmayəsi Azərbaycanı xilas edə bilərmi?

126028
Ölkənin neft gəlirlərinin azaldığı, valyuta ehtiyatlarının tükəndiyi bir zamanda ölkəyə xarici investisiyanın cəlb edilməsinə böyük ehtiyac var. Bu mənada ərəb ölkələrindən kapital axınının reallaşması məqsədəuyğun hesab edilir. Nəzərə alsaq ki, milyarder ərəb şeyxlərinin də Azərbaycana marağı böyükdür.xa0

Ərəblər kapital qoyuluşu üçün münasib ölkə axtarırlar. Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani də Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin önəmi vurğulamışdı.xa0

Bəs, görəsən hazırki iqtisadi durumda ərəb kapitalı Azərbaycanı xilas edə bilərmi? xa0

İqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ərəb kapitalının cəlb edilməsi üçün ölkədə normal investisiya mühiti və əlverişli iqtisadi imkanları olmalıdır: “Çox qəribə olsa da, ərəb investisiya fondlarının rəhbərliyi ərəblərin əllərində deyil. Ərəblər pulun sahibidirlər, investisiya fondlarının idarə olunması isə tamamilə böyük xarici şirkətlərin, əsasən də Britaniya və Amerika şirkətlərinin əlindədir. Onlar investisiya ilə bağlı qərarların verilməsində yetkili insanlardır. O investorlar hər hansı ölkəyə investisiya qoymazdan əvvəl oradakı iqtisadi vəziyyəti ciddi şəkildə araşdırıb , investisiya imkanlarını yoxladıqdan sonra xa0bu haqda qərar verirlər. Azərbaycana bu məslə ilə bağlı maraqlanmalıdır və çalışmalıdır ki, ərəb investisiya fondları Azərbaycana maraq göstərsinlər. Gələcəkdə hökumətin hər hansı layihəsi olarsa orada ərəb fondları da iştirak etsinlər. Bu səbəbdən çalışmaq lazımdır ki, ölkənin xarici investorlar üçün cəlbediciliyi artsın. Lakin ərəb kapitalının Azərbaycana gəlməsi asan məsələ deyil. Çünki, perspektivi daha yaxşı olan digər bazarlar var. Ərəb kapitalını əsas idarə edənlər də bu perspektivi nəzərə alaraq qərar verirlər”x9d.xa0

N. Cəfərlinin sözlərinə görə, müxtəlif sahələrdə ərəb investorlarının olması, bu vəsaitlərin cəlb olunması olduqca önəmlidir: “Ərəb kapitalı Azərbaycan gəlsə, çox yaxşı olar. Məsələn, Türkiyə daşınmaz əmlak bazarına, eləcə də bəzi istehsal sahələrinə ərəb investorları cəlb etməyi bacardı. Həm fərdi investorlar Türkiyəyə çox böyük maraq göstərdilər, İstanbulda tikilən lüks villaların böyük əksəriyyətini ərəb ölkələrinin vətəndaşları alırlar. Lakin Azərbaycanda belə cəlbedici imkan yoxdur. Azərbaycan istəsə belə daşınmaz əmlak üçün cəlbedici yer deyil”x9d.xa0

Ekspert ərəb kapitalının daha çox dövlət müəssislərinin özəlləşdirilməsi prosesinə cəlb edilməsinin effektli olacağını bildirdi: “Elə dövlət müəssisələri var ki, onların özəlləşdirilməsində xarici kapitalın, o cümlədən ərəb kapitalının marağı ola bilər. Bu kommunal sahəyə də aid ola bilər, nəqliyyat, yükdaşıma sektoruna da aid ola bilər. Əgər özəlləşdirmə prosesi normal şəkildə aparılsa, bir çox investorlar, o cümlədən də ərəb investorları bu prosesdə iştirak edə bilər. Lakin bunun üçün ilk növbədə investorlar üçün münbit şəraitin olması vacibdir. Bunları təmin etsək bəlkə də, yaxın gələcəkdə özəlləşdirilmə proqramları həyata keçirilməyə başlayanda xarici kapital, o cümlədən ərəb kapitalını cəlb edə bilərik”x9d.xa0

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, ərəb sərmayəsinin Azərbaycana cəlb edilməsi arzuolunan bir məsələdir: “Nəzərə alsaq ki, ərəb kapitalının Azərbaycan cəlb edilməsi imkanları nisbətən asandır. Bir tərəfdən Azərbaycanla ərəb ölkələrinin münasibətləri yaxşıdır. Digər tərəfdən isə ərəb kapitalı yeni bazar axtarır və Azərbaycan ərəb kapitalı üçün yeni bazar rolunu oynaya bilər.xa0

Lakin bir fakt da var ki, dünyada kapital uğrunda mübarizə gedir. Bu baxımdan kapital cəlb etmək o qədər də asan deyil. Kapitalın cəlb edilməsi həm də investisiya mühitinin yaxşılaşdırılmasını tələb edir. Ərəb kapitalının cəlb edilməsi üçün xa0də investisiya mühitinin yaxşılaşdırılmasına ehtiyac var.xa0

Region ölkələri çalışırlar ki, öz investisiya mühitlərini yaxşılaşdırmaqla, daha çox kapital cəlb edə bilsinlər. Azərbaycan da buna getməlidir. İqtisadiyyatda bürokratik əngəllər aradan qaldırılmalıdır. Həmçinin, ərəb kapitalına yeni layihələr təklif olunmalıdır. Bütün bunlar həyata keçirilməzdə, ölkəyə ərəb kapitalını cəlb etmək mümkün olmayacaq”x9d. (“Yeni Müsavat”x9d)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin