Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov xarici aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq məsələlərini müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün “Twitter” hesabında məlumat verib.
“General Motors” (GM) şirkətinin vitse-prezidenti Coni Saldana, “UNO MİNDA” (Unomindacom) şirkətinin rəhbəri Nirmal Kumar Minda (MindaNirmal), “Uzavtosanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov ilə görüşdə birgə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.
Bizim.Media