Rövnəq Abdullayev: "Gürcüstana ümumilikdə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək"

Hazırda oxunan: Rövnəq Abdullayev: "Gürcüstana ümumilikdə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək"

125063
Dünən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında imzalanan müqavilələrdən sonra Gürcüstana ümumilikdə ildə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək.
"Report" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ildə 1,5 mlrd. kubmetr həcmində SOCAR-ın hasil etdiyi qaz Hacıqabul-Qazax-Qardabani boru kəməri ilə, 1,5 mlrd. kubmetr isə "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana nəql olunacaq.
"Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Bununla da problem həll olunur". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin