Dollar rubla qarşı 60 qəpik ucuzlaşıb...

Hazırda oxunan: Dollar rubla qarşı 60 qəpik ucuzlaşıb...

124965
Cümə günü Rusiya Bankı tərəfindən dolların rəsmi kursu üçün martın 5-ə təyin edilmiş 73,18 rubl məzənnəsi bundan əvvəlki rəqəmdən 64 qəpik az olub.

Avronun məzənnəsi 10 qəpik azalaraq 80,11 rubl təşkil edib.

Cümə günü Moskva valyuta birjasının açılışında rublun məzənnəsi 2016-cı ildən bəri maksimum həddə qalxdığı üçün dolların məzənnəsi 72,82 rubla, avronun məzənnəsi isə 79,72 rubla enmişdi.

Günortaya yaxın rubl bir qədər zəifləyib, nəticədə dollar 73,37 rubl, avro isə 80,39 rubl civarında satılıb.

Son günlərdə rublun kursu neftin bahalaşması fonunda artmaqdadır.

Cümə günü səhər Brent markalı neftin barelinin qiyməti 37 dollara bərabər olub.
Günortaya yaxın neftin qiyməti 36,94 dollara enib.

Son günlərdə OPEC üzvləri və bu təşkilata daxil olmayan ölkələrin nazirləri arasında martın ortalarına təyin olunan görüşün hazırlanması xəbərləri fonunda neftin tədricən bahalaşması tendensiyası müşahidə edilməkdədir.

Bazar oyunçuları görüş iştirakçılarının neft hasilatının azaldılamsı barədə qərar qəbul edəcəklərini gözləyirlər.

Ekspertlərin rublun məzənnəsinə dair proqnozları isə fərqlənir.

Sberbank CIB rublun artıq 2016-cı ilin ikinci rübündə yenidən ucuzlaşacağını və dolların 80-82 rubla qalxacağını proqnozlaşdırırsa, Deutsche Bank, əksinə, rublun möhkəmlənəcəyinə əmindir (BBC).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin