15-dən çox ölkə neft hasilatının dondurulmasına razıdır

Hazırda oxunan: 15-dən çox ölkə neft hasilatının dondurulmasına razıdır

124379
15-dən çox ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razı olduğunu ictimai şəkildə təsdiq edib.

Bu sözləri Rusiya energetika naziri Aleksandr Novak deyib.

“Əslində, bu günə olan məlumata əsasən, 15 ölkə neft hasilatının həcminin 2016-cı ilin yanvar səviyyəsində dondurulmasına razılığını bildirib. Lakin bu bəyanatların təsdiqlənməsi üçün nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiq etmək lazımdır”x9d, - nazir deyib.

Novak əlavə edib ki, hətta İran bu razılaşmaya qoşulmasa belə, neft hasilatının dondurulması öz effektini göstərəcək. Bunula belə, nazir qeyd edib ki, qara qızılın qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq. (oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin