Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,42 mln. ABŞ dolları təşkil edib.
Bizim.Media İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,6% çoxdur.
Təkcə fevral ayında Azərbaycandan 366,92 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 50% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln. ABŞ dollarına bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:14 / 06.03.2023
Azərbaycan qeyri-neft ixracını 37 % ARTIRDI
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 37 % ARTIRDI
Hazırda oxunan: Azərbaycan qeyri-neft ixracını 37 % ARTIRDI
123972
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.