Neft Fondunun "Şahdəniz"dən gəlirləri ARTIB 

Hazırda oxunan: Neft Fondunun "Şahdəniz"dən gəlirləri ARTIB 

123568

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 534,751 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur. 

Bizim.Media ARDNF-dən verilən məlumata istinadən xəbər verir ki, ötən ilin eyni dövründə bu rəqəm 227,557 mln. ABŞ dollarına bərabər olub. 

Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.12.2022 tarixinə) 58,069 min dollar olub, bu da həmçinin, 2,6 dəfə artım deməkdir. Belə ki, 2022-ci ilin ilk iki ayında ARDNF kondensatın satışından 22,172 mln. ABŞ dolları əldə etmişdi.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin