Cəbrayılda günəş elektrik stansiyasının inşası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Cəbrayılda günəş elektrik stansiyasının inşası ilə bağlı RƏSMİ AÇIQLAMA 

122094

"Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisi ilə bağlı BP şirkəti ilə danışıqlar başa çatmaq üzrədir".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfransda deyib.

Onun sözlərinə görə, ölkədə böyük "yaşıl enerji" layihələrinin icrasına başlanılıb.

S. Ələkbərov bildirib ki, "yaşıl enerji" sahəsində görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə layihələr artıq həyata keçirilir.

Xatırladaq ki, Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib.

Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.
Belə ki, bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin