"Bölgə qan içində çalxalana bilər"

Hazırda oxunan: "Bölgə qan içində çalxalana bilər"

122070
"Prezident Ərdoğanın Bakıda, baş nazir Davudoğlunun Brüseldə verəcəyi mesajlar önəmli olacaqdı. Bu terror hər iki səfərin reallaşmasının qarşısını aldı". 

Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu bildirib. 

Azər Rəşidoğlu deyib ki, bu günlərdə Azərbaycan strateji müttəfiqi Türkiyə ilə bir olmalıdır: "Düşünürəm ki, bölgədə savaş qaçılmaz görünür və Türkiyə Suriyaya hərbi müdaxilə edəcək. Belə addım Rusiya ilə yanaşı Qərbin də narazılığı ilə qarşılanacaq. Türkiyənin başqa yolu qalmır. Savaş yaxındadır. Lakin bütövlükdə bölgə qan içində çalxalana bilər. Azərbaycan strateji müttəfiqi olan Türkiyə ilə bir olmalıdır, lakin baş verə biləcək olaylardan da özünü sığortalamalıdır. Soyuqqanlı olmaq və emosiyasız qərar vermək lazım gələcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin