Azərbaycan və Meksikanın iş adamları arasında əməkdaşlığın və ikitərəfli ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata görə, Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero Kiçik və Orta Biznesin İnkişafı Agentliyində olub.
Səfir və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə hər iki ölkənin iş adamları arasında əməkdaşlığın və ikitərəfli ticarət əlaqələrinin inkişafına dair birgə təşəbbüslərə, eləcə də KOB-ların dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
19:40 / 22.02.2023
Azərbaycan və Meksika iş adamları arasında əməkdaşlığın inkişafı müzakirə edildi
Hazırda oxunan: Azərbaycan və Meksika iş adamları arasında əməkdaşlığın inkişafı müzakirə edildi
Hazırda oxunan: Azərbaycan və Meksika iş adamları arasında əməkdaşlığın inkişafı müzakirə edildi
121983
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.