Bütün hallarda İran, İraq və Venesuelanın Tehranda bir araya gəlməsi yaxşı xa0haldır.
xa0
Bu barədə iqtisadçı alim Vüqar Bayramov xa0deyib. Məsələnin həddindən artıq siyasiləşdiyini vurğulayan politoloq neftin qiyməti barədə proqnoz verməyin çətin olduğunu bildirib:
xa0
“Neftin ucuzlaşması artıq bir sıra ölkələrdə hasilatın cəlbediciliyini azaldır. xa0Bu proses Rusiyada ciddi şəkildə gedir. Çıxış yollarının tapılması isə asan deyil. Çünki neftin ucuzlaşması sadəcə istehlakçı ölkələrin təsiri ilə deyil, həm də istehsalçı ölkələr arasındakı konfliktlə bağlıdır. İran və Səudiyyə arasındakı konflikt qiymətlərə birbaşa təsir göstərir. Ona görə də aparılan müzakirələr və neft hasilatının dondurulması ilə bağlı razılaşmalar hələlik xa0bazara təsir göstərmir. İran və Səudiyyənin bir araya gələ bilməməsi, hasilatçı ölkələrin qruplaşması neft hasilatının kəskin azaldılacağı ilə bağlı qərarların qəbulunu yubadır. Hər ikisinin dağınıq fəaliyyəti bazara neqativ təsir göstərir. Bütün hallarda İran, İraq və Venesuelanın Tehranda bir araya gəlməsi əslində yaxşı haldır. Ən azı müəyyən əzm formalaşır”x9d.
xa0
İqtisadçı ciddi dəyişikliyə OPEK-in imza ata biləcəyini deyib:
xa0
“İranla Səudiyyə aralarındakı gərginliyi dərhal qaldırarsa, o zaman mühüm qərarlar qəbul oluna bilər. Çünki məsələ həddindən artıq siyasiləşib. Hətta iş o yerə çatıb ki, bəzi istehsalçı ölkələr rəqibini zəiflətmək üçün öz gəlirlərinin azalması hesabına belə neftin ucuz qalmasında maraqlıdırlar. Ona görə də dəqiq proqnoz vermək çətindir”x9d.
xa0
Qeyd edək ki, bu gün İran və İraq rəsmiləri arasında Venesuelanın iştirakı ilə Tehranda görüş keçiriləcək. Analitiklərə görə, iki ölkə arasında razılıq əldə olunmazsa, Rusiya və Səudiyyə Ərəbistanının ötən gün imzaladığı hasilatı dondurma sazişi bazarda heç bir effekt verməyəcək.(Axar.az)



































































































