Azərbaycan və Dağıstan arasında iqtisadi potensialın reallaşdırılması MÜZAKİRƏ EDİLDİ 

Hazırda oxunan: Azərbaycan və Dağıstan arasında iqtisadi potensialın reallaşdırılması MÜZAKİRƏ EDİLDİ 

121567

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişlənməsinə yeni imkanlar açır. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib. 

Məlumata görə, bunu nazir Mikayıl Cabbarov Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. 

Nazir qeyd edib ki, Dağıstanla coğrafi yaxınlıq isə əməkdaşlıq üçün daha əlverişli şərait yaradır. 

Görüşdə Rusiya Federasiyası, o cümlədən onun federal subyektləri ilə qarşılıqlı faydalı əlaqələr qeyd olunub, iqtisadi əməkdaşlığın perspektivləri vurğulanıb.  

Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov Rusiya Federasiyasının digər regionları kimi, Dağıstanın da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb, biznes dairələri arasında əlaqələrin inkişafının və birgə layihələrin icrasının iqtisadi potensialın daha geniş reallaşdırılmasında önəmini qeyd edib. 

Tərəflər ticarət, investisiya, KOB, sənaye və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin