"Qarabağda nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb" - RƏSMİ

Hazırda oxunan: "Qarabağda nəqliyyat sahəsinə əhəmiyyətli investisiyalar yatırılıb" - RƏSMİ

121557

“İşğaldan azad edilmiş ərazilərə istər yol infrastrukturunun, istərsə də dəmiryolu infrastrukturunun genişlənməsi, şaxələnməsi istiqamətində 2022-ci ildə kifayət qədər əhəmiyyətli investisiyalar yatırılıb”.

Bizim.Media xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Nazir Zəngəzur dəhlizinin Azərbaycan, eləcə də regionun inkişafı üçün prioritet olduğunu bildirib:

“Bu istiqamətdə Horadiz-Ağbənd dəmir yolunu qeyd etmək istərdim. Burada işlərin böyük əksəriyyəti, əhəmiyyətli bir hissəsi 2022-ci ildə başa çatıb. Qarşıdan gələn illər ərzində, yəni 2023-2024-cü illərdə bu layihənin tam şəkildə, yəni ən azından Azərbaycan hissəsinin başa çatdırılmasını planlaşdırırıq”.

Daha ətraflı videosüjetdə tanış ola bilərsiniz:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin