Azərbaycanda dizel mühərrikli avtomobillər YIĞIŞDIRILACAQ – Ekspertin AÇIQLAMASI

Hazırda oxunan: Azərbaycanda dizel mühərrikli avtomobillər YIĞIŞDIRILACAQ – Ekspertin AÇIQLAMASI

120867

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Azərbaycanda ekoloji təmiz avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin istismarının mərhələlərlə məhdudlaşdırılması istiqamətində işlər görülür.

Onun sözlərinə görə, “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında məqsəd nəqliyyatla bağlı təhlükəsizliyin təmin edilməsidir.

Nazirlik rəsmisinin açıqlaması geniş müzakirələr yol açıb. Həttə tezliklə ölkəmizdə dizellə işləyən avtomobillərin dövriyyədən yığışdırılacağı barədə fikirlər də səslənməyə başlayıb.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Əmirovun fikirlərin öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bir sıra Avropa ölkələrində artıq dizel mühərrikli avtomobillərin müəyyən şəhərlərdə hərəkəti qadağan edilib:

“İstismarı qadağan olan həmin avtomobillərin bir qismi də bizim ölkəmizə gəlib çıxıb. Hələlik həmin avtomobillərin istismarı üçün heç bir qadağa yoxdur. Amma bu o demək deyil ki, hər zaman bu belə olacaq. Nə zamansa Azərbaycanda da dizellə işləyən avtomobillər qadağan ediləcək.
Bu bir faktdır ki, dizel mühərrikli avtomobillər atmosferə daha çox zəhərli qaz buraxır. Bununla da atmosfer daha çox çirklənir. Ona görə də ola bilsin ki, yaxın gələcəkdə ölkəmizdə də dizel mühərrikli avtomobilin istismarı qadağan edilsin. Amma sənayenin elə sahələri var ki, orda dizel mühərrikli maşın-mexanizminin istifadəsi zəruridir. Bütün hallarda bu məsələ bu gün üçün prioritet deyil. Sadəcə ideyadır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin