Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir - FOTO

Hazırda oxunan: Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir - FOTO

120780

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, tədbirdə Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələr səsləndiriləcək.

İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov və bir neçə dövlət müəssisə və təşkilat nümayəndələri iştirak edirlər.

Namiq Hümmətov çıxışında bütün qurumların səfərbər olmalı olduğunu bildirib.

"İşçi qruplarda təmsil olunan qurumlar daha fəal və səfərbər olmalıdırlar. İşğaldan azad edilən ərazilərdə bütün infrastruktur bərpa edilməlidir.

Hazırda Ağdamda bir neçə layihələrin icrası başlanılıb. Amma 2023-cü ildən Ağdamdan başqa digər işğaldan azad olunmuş ərazilərdə bərpa tədbirləri daha sürətlənməlidir.
Ümid edirəm qarşıya qoyulmuş vacib tapşırıqlar yerinə yetiriləcək. Xüsusi olaraq tədbiri dəstəkləyən Emin Hüseynova və Nüsrət Süleymanova minnətdarlığımı bildirirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin