"Azərkosmos" 10 ildə nə qədər gəlir əldə edib? - AÇIQLANDI 

Hazırda oxunan: "Azərkosmos" 10 ildə nə qədər gəlir əldə edib? - AÇIQLANDI 

119609

"Azərkosmos" kommersiya fəaliyyətinə başladığı 2013-cü ildən "Azerspace-1", "Azerspace-2" və "Azersky" peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.

Bizim.Media xəbər verir ki, bunu "Azərkosmos"un sədr müavini Dunay Bədirxanov deyib.

O bildirib ki, bu gəlirlərin 90%-i Agentliyin ixrac edilən xidmətlərindən əldə edilib.

Agentlik 42 ölkədə 182 yerli və beynəlxalq müştəriyə, həmçinin 200 televiziya və radioya 5 dildə xidmət göstərir.

"Növbəti illərdə peyklərimizin resursları hesabına gəlirlərdə artım dinamikasının qorunub saxlanılması hədəflənib" - deyə, sədr müavini əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin