Azərbaycan elektrik enerjisi istehsalını 9% azaldıb

Hazırda oxunan: Azərbaycan elektrik enerjisi istehsalını 9% azaldıb

119604
Cari ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə "Report"a "Azərenerji"nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, bu, ötən ilin yanvarı ilə müqayisədə 8,7% yaxud 0,2 mlrd. kVt/saat azalma deməkdir.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, 2015-ci il ərzində isə 22,5 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin