2022-ci il ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 470 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 624 milyon dollar əsaslı məsrəflər xərclənib.
Bizim.Media BP-nin illik hesabatına istinadən xəbər verir ki, il ərzində Azəri Mərkəzi Şərqi (ACE) platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib.
Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləyib – modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti artıq istismar sınaqlarına təhvil verilib, qazma qurğusunun sürüşdürülməsi əməliyyatları üzrə istismar sınaqları başlanıb.
Hesabata əsasən, bundan əvvəl 2350 tonluq modullu qazmaya dəstək modulu və çəkisi 2400 ton olan qazma avadanlığı dəsti təhlükəsiz şəkildə lazım olan hündürlüyə - təxminən 27 metr yüksəkliyə qaldırılaraq uğurla göyərtənin üzərinə sürüşdürülüb. Bu, çox dəqiqliklə hesablanmış mürəkkəb bir “qaldırma və sürüşdürmə” əməliyyatı idi və bütün dünya üzrə bp-də ilk dəfə idi icra olunurdu.
Üst modulların mexaniki tamamlanması qrafikə uyğun başa çatıb. Ümumilikdə, üst modulların quruda istismar sınaqları 85% tamamlanıb.
Yaşayış modulları üzrə işlərin təhvil verilməsi başa çatıb və hazırda modullar quruda yaşayış üçün hazırdır.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq bloku STB-01 daşıma barjasına yüklənib və artıq dənizə yola salınmağa hazırdır. Azərbaycan kran barjası Bakı Dərin Özüllər Zavoduna gətirilib və barjada dayaq blokunun dənizdə quraşdırılması üçün tələb olunan reaktivasiya işləri başlanılıb.
Sualtı izolyasiya konstruksiyasının 2023-cü ilin birinci rübünə planlaşdırılmış işə salınmasına hazırlıq olaraq dalğıc gəmisi ACE və Mərkəzi Azəri platformaları sahəsində neft sistemi üzrə bütün dalğıc işləri tamamlanıb.
Səngəçal terminalında ACE əməliyyatlarının qurudan idarə olunması üçün aparılan tikinti işləri və bununla bağlı istismar sınaqları bitib və platformanın üst modulları ilə inteqrasiya işləri başlanıb.
2022-ci ilin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 80% tamamlanıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:47 / 09.02.2023
"Azəri-Çıraq-Günəşli" üzrə xərclər ötən il 2 mlrd. dolları ÜSTƏLƏDİ
Hazırda oxunan: "Azəri-Çıraq-Günəşli" üzrə xərclər ötən il 2 mlrd. dolları ÜSTƏLƏDİ
Hazırda oxunan: "Azəri-Çıraq-Günəşli" üzrə xərclər ötən il 2 mlrd. dolları ÜSTƏLƏDİ
119421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.