Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.
Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.
Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:21 / 08.02.2023
Dövlət Vergi Xidməti - Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur
Hazırda oxunan: Dövlət Vergi Xidməti - Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur
Hazırda oxunan: Dövlət Vergi Xidməti - Türkiyəyə bank ödənişlərindən ƏDV tutulmur
119202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.