Zəlzələ bölgəsində kredit borclarının müddəti 6 ay UZADILDI 

Hazırda oxunan: Zəlzələ bölgəsində kredit borclarının müddəti 6 ay UZADILDI 

118789

Türkiyə Banklar Birliyi zəlzələ bölgəsində zərərçəkmiş vətəndaşların bank borclarının ertələnməsi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki,  bu barədə Türkiyə Banklar Birliyi məlumat verib. Məlumata görə, Birliyin fevralın 6-da keçirilən iclasında Bank Tənzimləmə və Nəzarəti Agentliyi ilə razılaşdırılaraq banklar tərəfindən həyata keçirilən tədbirlər və görülən işlər qiymətləndirilib.

Zəlzələnin region iqtisadiyyatına mənfi təsirlərinə məruz qalmış və ödəmə qabiliyyətinə mənfi təsir göstərən bank müştəriləri öz xahişləri əsasında banka və ya 6 ay müddətində ödəniləcək kreditlərin ödəmə müddətini bu gündən 6 aya qədər təxirə salınması qərara alınıb. 

Bundan əlavə, zəlzələdən zərər çəkmiş Adana, Adıyaman, Diyarbakır, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfa vilayətlərində ortaq bankomatlardan ediləcək əməliyyatlar üçün tutulan komissiya haqqı ləğv edilib. 
"Bank sektoru zəlzələdən zərər çəkmiş əraziləri yaxından təqib etməyə və lazımi dəstəyi təmin etmək üçün dövlət orqanları ilə əməkdaşlıq etməyə davam edir"- TBB-nin açıqlamasında bildirilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin