Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 1-ci iclasları çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkənin nazirlərinin ilk iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Rumıniyanın energetika naziri Daniel Virgil Popeskunun iştirakı ilə iclasda yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə gələcək fəaliyyətin konsepsiyası müzakirə olunub. Tədbirdə Avropa İttifaqını enerji məsələləri üzrə komissar Kadri Simson təmsil edib.
İclasda enerji təchizatı və tranzit marşrutlarının şaxələndirilməsi üçün yaşıl enerji layihələrinin həyata keçirilməsinin strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Mövcud bərpaolunan enerji potensialından istifadəni genişləndirmək və yaşıl elektrik enerjisi ticarətini inkişaf etdirmək məqsədilə dörd ölkə arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilib.
Yaşıl enerjinin Xəzər dənizindən Avropaya ötürülməsi ilə bağlı məsələlərin koordinasiyalı şəkildə yerinə yetirilməsi üçün İşçi Qrupunun yaradılması razılaşdırılıb. Sonda iclasın yekunlarına dair Protokol imzalanıb.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Macarıstanın Baş naziri Viktor Orban tərəfindən Buxarestdə imzalanıb.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen də iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:09 / 03.02.2023
Yaşıl enerjinin inkişafı üzrə dörd ölkənin nazirlərinin ilk iclası keçirilib - VİDEO
Hazırda oxunan: Yaşıl enerjinin inkişafı üzrə dörd ölkənin nazirlərinin ilk iclası keçirilib - VİDEO
Hazırda oxunan: Yaşıl enerjinin inkişafı üzrə dörd ölkənin nazirlərinin ilk iclası keçirilib - VİDEO
118335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.