Əmanətlərin vergiyə cəlb olunması ilə bağlı iqtisadçıdan VACİB TƏKLİF 

Hazırda oxunan: Əmanətlərin vergiyə cəlb olunması ilə bağlı iqtisadçıdan VACİB TƏKLİF 

118102

Artıq dünəndən banklarda olan əmanətlər vergiyə cəlb olundu.

Qeyd edək ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Artıq bu müddət başa çatdı və əmanətlərə görə vətəndaşlardan 10 faiz vergi tutulacaq. 

İqtisadçı-ekspert Vüqar Oruc Bizim.Media-ya açıqlamasında qərarın 7 ildən sonra ləğvi və verginin ümumi depozitə görə tətbiq olunacağı məsələsini şərh edib. İqtisadçı deyib ki, yeni qərardan sonra banklara olunan müraciətlərin sayında dəyişiklik olacaq:

“Bu güzəştlər 2016-cı ilin fevralın 1-dən etibarən qüvvədə idi və 7 illik bir müddəti nəzərdə tuturdu. Həmin dövrdə məqsəd vətəndaşlarımızın ehtiyatlarını depozitdə yerləşdirməyə sövq etmək idi. Hansı ki, bu da ölkə iqtisadiyyatına çox böyük dəstəkdir.

Həm inflasiyanın qarşısının alınması, həm də bankların fəaliyyətinin normallşadırılması baxımından olduqca vacib addımdır. Həmçinin vətəndaşlarla bank arasındakı etimad mühitinin yaradılması və depozitdə daha yüksək gəlir əldə etmək imkanı yaratmaq  məqsədi daşıyırdı.

O müddət 2023-cü ilin fevralın 1-də bitdi. Bu da o deməkdir ki, vətəndaşlar 10 faiz qədərində depozitlərdən əldə etdiklərinə görə vergi ödəyəcəklər. Yəni əgər vətəndaş depozitdən 100 manat əldə edirdisə, indi bu məbləğ 90 manat olacaq. Bu isə çox ciddi itkidir”.

Ekspertin fikrincə, vətəndaşlar əldə etdikləri faizdən vergi vermək istəməyəcəklər və bu səbəbdən banklara müraciət edənlərin sayında müəyyən dəyişiklik yarana bilər:

“Hələki Azərbaycanda öz pullarını və gəlirlərini depozitdə saxlamaq meylləri o qədər də aktiv deyil. Ölkədə daim devalvasiya  və vətəndaşların banklarda saxladıqları depozitlərin dəyərdən düşməsi qorxusu olub.

Bundan sonra vətəndaşlar depozitlərini banklarda saxlamaq istəməyəcəklər. Hələki ölkədə manitar və iqtisadi stabillik var. ABŞ dolları Azərbaycan manatına nisbətən stabil qalmaqda davam edir.
Təklifim budur ki,  2016-cı ilin fevralın 1-dən qüvvədə olan və müddəti bitən güzəşt yenidən qüvvədə saxlanılsın.  Yəni, həmin güzəştləri müəyyən dövr üçün saxlamaq və uzatmaq lazımdır ki, vətəndaşlarımız əmanətlərini banklarda saxlamağa meyilli olsunlar. Belə olarsa, ölkə iqtisadiyyatına da  müsbət təsirini göstərəcək”.

Alçina Amilqızı, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin