Böyük Qayıdış Proqramının icrasına nə qədər vəsait lazımdır?

Hazırda oxunan: Böyük Qayıdış Proqramının icrasına nə qədər vəsait lazımdır?

118047

Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün tələb olunan vəsait müəyyənləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2024-cü il və sonrakı üç il üçün dövlət investisiya proqramının istiqamətləri, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə nəzərdə tutulmuş investisiya yönümlü layihə və tədbirlər üçün tələb olunan vəsaitə dair ilkin göstəriciləri 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş göstəriciləri, həmçinin növbəti il üçün dövlət büdcəsinin layihəsinə uyğunlaşdırılmış dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2023-cü il avqustun 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

Eyni zamanda Azərbaycan Respublikasının aidiyyəti mərkəzi, yerli icra hakimiyyəti və digər dövlət orqanları “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi ilə bağlı tələb olunan vəsaitə dair təkliflərini 2023-cü il fevralın 20-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin