Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI

Hazırda oxunan: Prezident Azərbaycanın bərpaolunan enerji potensialını AÇIQLADI

118040

“Cənub Qaz Dəhlizinin qoyduğu bünövrə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxmanı qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib - VİDEO


Azərbaycanın Xəzər dənizinin ölkəmizə aid sektorunda, eləcə də işğaldan azad edilmiş ərazilər daxil olmaqla quruda böyük həcmdə bərpaolunan enerji potensialına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bu xüsusda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının da keçirilməsinin əhəmiyyətini qeyd edib.

Dövlət başçısı hər iki tədbirin bir-birini tamamladığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin