“Azərbaycanda kredit faziləri yenidən arta bilər”.
Bunu Bizim.Media-ya açıqlamasında Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O əlavə edib ki, Mərkəzi Bankın özünün metodologiyasında da bank kreditlərinin faizlərinin yüksək olmasını depozitlərin bahalılığı ilə əlaqələndirir:
MÖVZU İLƏ BAĞLI:
Kredit borcu ilə bağlı YENİ TƏLƏB
“Deməli, depozit faizlərin artması kreditlərin bahalaşmasına və bankların daha yüksək faizli kredit təklif etməsinə səbəb olacaq. Yəni, əmanət gəlirləri vergiyə cəlb olunarsa, o halda kreditlər bahalaşacaq.
Mərkəzi Bankın məlumatına görə, hazırda kredit portfeli 19 milyard 594 milyon manatdır. Ölkə üzrə orta kredit faizi 14.13 faiz, ən bahalı kreditlər isə Mil-Muğan iqtisadi rayonundadır: 20.43 faizdir. Bu rəqəmlər təbii ki, orta kredit faizləridir. İstehlak kreditləri üzrə faizlər qeyd olunanlardan daha yüksəkdir”.
Millət vəkili onu da deyib ki, banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi:
“Ancaq bu müddət dünən başa çatdı. Qeyd edim ki, Milli Məclisinin son plenar iclasında güzəşt müddətinin daha 1 il uzadılması və yeni mexanizmin hazırlanması təklifi ilə çıxış etdim”.
Surxay Atakişiyev, Bizim.Media