Minimum əmək pensiyası 280 manata qaldırılır - RƏSMİ

Hazırda oxunan: Minimum əmək pensiyası 280 manata qaldırılır - RƏSMİ

117834

Əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.  

Bizim.Media xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılması nəzərdə tutulur.

Layihə müzakirəyə çıxarılaraq, bir oxunuşda qəbul edilib. Qanun 1 fevral 2023-cü ildən qüvvəyə minəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin