Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları necə təmin ediləcək?

Hazırda oxunan: Pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları necə təmin ediləcək?

117792

Prezidentin müvafiq fərmanına əsasən, pay torpaqları üzərində təsdiq edilməyən mülkiyyət hüquqları dövlət vəsaiti hesabına təmin ediləcək ki, bu da istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyaları və aqrar kreditlərdən müntəzəm olaraq yararlanmasına imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova II Aqrobiznes Forumunda çıxışında deyib.

“Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində icra olunan layihədə aqrar sahənin əsas parametrlərini özündə əks etdirən məlumat bazası yaradılıb. Əkin sahələrinə dair məlumat bazasının yaradılması ilə kənd təsərrüfatında idarə ediləbilən əkinçilik mexanizminin formalaşdırılması nəzərdə tutulub”, - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin