Azərbaycanın Rumıniyaya xam neft ixracı 2022-ci ildə 538 424 ton təşkil edib ki, bu da 2021-ci illə (173 781 ton) müqayisədə 3,098 dəfə çoxdur.
Bizim.Media bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İxrac dəyər baxımından 80,877 milyon dollardan 378,607 milyon dollaradək artıb ki, bu da illik hesablamada 4,68 dəfə artım deməkdir.
2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 19,484 milyard dollar dəyərində 26,024 milyon ton xam neft və neft məhsulları ixrac edib ki, bu da 2021-ci illə müqayisədə həcmcə 4,03 faiz az olmaqla dəyər baxımından 47,4 faiz yüksəkdir.
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:04 / 01.02.2023
Azərbaycan neftinin Rumıniyaya ixracı 3 dəfə artıb
Hazırda oxunan: Azərbaycan neftinin Rumıniyaya ixracı 3 dəfə artıb
Hazırda oxunan: Azərbaycan neftinin Rumıniyaya ixracı 3 dəfə artıb
117766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.