Maliyyə Monitorinqi Xidməti iki ay müddətində maliyyə institutlarının maliyyə monitorinqi orqanına məlumat və sənədlər təqdim etməli olduqları nağd şəkildə həyata keçirilən əməliyyatların məbləğinin minimum həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.
Eyni zamanda Maliyyə Monitorinqi Xidməti iki ay müddətində maliyyə institutlarının maliyyə monitorinqi orqanına məlumat və sənədlər təqdim etməli olduqları maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarının məbləğinin minimum həddini, öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:26 / 31.01.2023
Maliyyə monitorinqi orqanına təqdim ediləcək əməliyyatların məbləğinin minimum həddi müəyyənləşdiriləcək
Hazırda oxunan: Maliyyə monitorinqi orqanına təqdim ediləcək əməliyyatların məbləğinin minimum həddi müəyyənləşdiriləcək
Hazırda oxunan: Maliyyə monitorinqi orqanına təqdim ediləcək əməliyyatların məbləğinin minimum həddi müəyyənləşdiriləcək
117682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.