2050-ci ilə qədər neftlə bağlı PROQNOZ – “Tələbat get-gedə azalacaq, amma...”

Hazırda oxunan: 2050-ci ilə qədər neftlə bağlı PROQNOZ – “Tələbat get-gedə azalacaq, amma...”

117433

“Neftə tələbat get-gedə azalacaq, amma 2050-də belə həcmlərin yüksək olacağı proqnoz edilir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban sosial şəbəkə hesabında yazıb. 

“BP-nin baş iqtisadçısı Spenser Deyl bildirib ki, Ukraynadakı münaqişə neft və qazın mərhələli şəkildə azaldılmasını sürətləndirəcək, çünki dünya ölkələri təchizat təhlükəsizliyini yaxşılaşdırmaq və karbon emissiyalarını azaltmaq üçün özlərinin bərpa olunan enerji mənbələrini inkişafda maraqlıdırlar”, - deyə ekspert əlavə edib.

İlham Şabanın sözlərinə görə, BP-nin yeni hesabatında karbon emissiyalarının azaldılması üçün üç potensial ssenari nəzərdən keçirilir: 

“Onların hamısı neft və qaza tələbatın bərpa olunan enerji mənbələri artdıqca, eləcə də nəqliyyatın elektrikləşdirilməsi ilə azalmasını proqnozlaşdırır. Ən mühafizəkar ssenari üzrə, 2035-ci ildə dünyada neftə gündəlik tələbatın 93 mln barel olacağını nəzərdə tutulur, 2050-ci il üçün bu göstərici 73 mln barelə qədər azalacaq. Hazırda qlobal tələbat 99 mln bareldən bir qədər yüksəkdir. Azərbaycanda 2022-ci ilin dekabrında maye karbohidrogenlərin gündəlik hasilatı 668 min barrel təşkil etmişdi (dünya hasilatının təqribən 0,7%-i)”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin