“Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək”.
Bizim.Media xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatdı - FOTO
Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.
Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.
Bizim.Media