AZAL təyyarə parkını müasir “Airbus A320Neo” ilə genişləndirib

Hazırda oxunan: AZAL təyyarə parkını müasir “Airbus A320Neo” ilə genişləndirib

116975

Azərbaycanın milli aviadaşıyıcısı 2030-cu ilə qədər inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner” təyyarələri ilə yeniləyəcək.

Bu barədə Bizim.Media-ya AZAL-dan məlumat verilib. 

Belə ki, bu günə kimi aviaşirkət üç "A320Neo" təyyarəsi alıb və onlar artıq uçuşları həyata keçirməyə başlayıblar.

“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq təmin edən müasir səs izolyasiyası sistemi  ilə seçilir. “Airbus A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən təmizdir.

Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı "A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin