Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə pik hasilata çatmaq cari il mümkün ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən il “Şahdəniz”də hasilat planlaşdırıldığından daha artıq səviyyədə olub və bu artım davam etməkdədir.
Hazırda yataq üzrə əməliyyatların effektivliyi 99 faizdir. Ötən il qiymətlərin yuxarı olduğu dövrdə nəzərdə tutulandan - illik plandan əlavə həcmlərin hasil olunması həm ölkəmiz, həm də investorlar üçün əlavə gəlir demək idi. Həcmlərdə artıq hasilat göstəricilərinin əldə olunması yeni texnologiyaların, iş planına lazımi düzəlişlərin və quyuların məhsuldarlığı hesabına mümkün olub.
B.Aslanbəyli bu tendensiyanın bu il də davam edəcəyini vurğulayıb:
“Ümid edirik ki, hasilatın artım tempini qoruyub saxlaya biləcəyik və nəhayət, bu il “Şahdəniz 2” mərhələsi üzrə də pik hasilata çatmaq imkanımız olacaq”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:17 / 26.01.2023
“Şahdəniz 2” pik hasilata bu il ÇATACAQ
Hazırda oxunan: “Şahdəniz 2” pik hasilata bu il ÇATACAQ
Hazırda oxunan: “Şahdəniz 2” pik hasilata bu il ÇATACAQ
116833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.