Bank VTB və digər bankların ipoteka krediti fırıldağı...

Hazırda oxunan: Bank VTB və digər bankların ipoteka krediti fırıldağı...

116685
Son dövrdə mənə Bank VTB-dən dollarla “ipoteka krediti”x9d almış bir çox vətəndaş müracət edir. Məlumat var ki, bəzi digər bankların da analoji layihəsi var. Amma VTB-də bu layihə kütləvi xarakter daşıyır. Əslində, bu layihə ipoteka krediti deyil, çünki ipotekadan əsər-əlamət də yoxdur!
Sözügedən “ipoteka krediti”x9dnin İpoteka Fondunun (yəni dövlətin) xətti ilə verilən kreditlərlə heç bir əlaqəsi yoxdur. Bu, sırf VTB-nin öz hesabına (daha doğrusu, bankın əmanətçilərinin hesabına) verilən kreditdir. Valyutası, bir qayda olaraq, dollardır (halbuki, ev və ya mənzil yalnız manatla alına bilər). Kredit tikilən binada mənzilin alınması üçün verilir (tikinti şirkətləri qismində VTB ilə müqavilə bağlamış və H.Zərdabi prospektində bina tikən iki tikinti şirkətindən biri çıxış edir: FEBA MMF və ASP MTK). Təbii, həmin mənzilin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı, başqa sözlə, “kupça”x9dsı olmur (çünki tikilmiş olduqda belə, bina hələlik dövlət komissiyasına təhvil verilməyib). Buna görə də həmin mənzilin ipotekası (girovu) da mümkün deyil (“kupça”x9dsız daşınmaz əmlaka dair ipoteka müqaviləsi bağlamaq olmaz). Lakin VTB həmin mənzili özündə ipotekaya qəbul edilmiş kimi qeyd edir. Bunun üçün iki variantdan birini istifadə edir: 1) ya borclu ilə ipoteka müqaviləsi bağlayır (əslində, belə müqavilə etibarsızdır, onun heç bir hüquqi qüvvəsi yoxdur!); 2) ya da kredit müqaviləsində borclunun üzərinə gələcəkdə ipoteka müqaviləsi bağlamaq vəzifəsini qoyur (təbii, borclu bu vəzifəni icra etməyə də bilər).
Başqa sözlə, VTB əslində təminatsız kredit verir, lakin bunu elə pərdələyir ki, guya kredit təminatlıdır və təminat qismində də alınan mənzilin ipotekası çıxış edir. Borclunu da inandırır ki, guya mənzili girovdadır (ipotekadadır). Uzaq başı deyir ki, “krediti tam ödəməyincə tikinti şirkəti sənin “kupça”x9d almağına şərait yaratmayacaq və mənzili əlindən alacaq”x9d.
Lakin bu, ağ yalandır! Mənzil girovda deyil! Mənzilin dəyəri tikinti şirkətinə tam ödənilib: bir qismini borclu (mənzilin sahibi) öz hesabına, bir qismini isə VTB-dən alınmış kredit hesabına. Buna görə də tikinti şirkətinin mənzil sahibinə (bankın borclusuna) hər hansı iradı ola bilməz və bina dövlətə təhvil verildiyi andan vətəndaşın “kupça”x9d ala bilməsini təmin etməlidir. Tikinti şirkəti hər hansı şəkildə bankla borclunun münasibətlərinə müdaxilə edərək bankın tərəfini tuta bilməz. Kredit münasibətləri sırf bankla borcluya aiddir. Borclu krediti ödəməsə, VTB borclunu məhkəməyə verib kreditin ödənilməsini tələb edə bilər. Borclunun başqa əmlakı, yaxud özünün və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq gəliri varsa, krediti qaytara biləcək. Əks halda, kredit batacaq. Çünki alınmış mənzil borclunun yeganə mənzilidirsə, ona tutma yönəldilə bilməz. Yeganə mənzil vətəndaşdan alına bilməz. Əgər girov qoyulmayıbsa. Sözügedən halda isə alınmış mənzil girov qoyulmayıb!
Beləliklə, VTB-nin krediti hesabına “kupça”x9dsız mənzil almış vətəndaşlar krediti qaytarmasa, bank faktiki olaraq onlara heç nə edə bilməyəcək. Mənzili də əllərindən ala bilməyəcək (əgər borclunun rəsmi olaraq ikinci mənzili yoxdursa).
Eyni zamanda bu yolla mənzil almış vətəndaşlar bilsin ki, VTB hər bir halda onları aldadıb. Çünki kreditin təyinatı əmlakın alınması olub. Əmlakın dəyəri manatla ödənilsə də, kredit vətəndaşa nədənsə dollarda verilib. Əslində, vətəndaşın əlinə pul heç verilməyib də, VTB tərəfindən birbaşa tikinti şirkətinə köçürülüb (məlum məsələdir ki, dollarla deyil, manatla!). Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarına əsasən hər hansı əmlakın dəyəri yalnız manatla ödənilməlidir. Bilə-bilə ki, vətəndaşa manat lazımdır, VTB ona krediti dollarda rəsmiləşdirib. Deməli, vətəndaş kredit müqaviləsini aldatma (Mülki Məcəllənin 339.2-ci maddəsi) və vacib əhəmiyyətli yanılmanın təsiri altında (Mülki Məcəllənin 347-ci maddəsi) bağlayıb. Belə müqavilə isə etibarsızdır (yeri gəlmişkən, eyni yanaşma digər əmlakların alınması üçün verilmiş dollar kreditlərinə də aidir: məsələn, avtokreditlərə)!
Buna görə də bu vəziyyətdə borclu vətəndaş VTB-yə öz iradəsini tam diqtə edə bilər. Belə ki, banka müəyyən güzəştlərə getməyi təklif edə bilər: məsələn, borcun cari deyil, əvvəlki məzənnə ilə manata çevrilməsi və s. Bank buna getməsə, kredit müqaviləsinin etibarsız olması, mənzilinin isə girovda olmamasından istifadə edərək məhkəmə prosesinə başlayaraq VTB-ni darmadağın edə bilər!
Borclunun bu vəziyyətdəki üstünlüklərindən danışdıq. İndi isə keçək banka. VTB niyə belə risk edib? Əlbəttə, nəyin bahasına olursa-olsun krediti vermək və qazanc əldə etmək üçün. Normal banklar təbii ki, belə riskə getməz. Çünki nəticədə belə kreditlərin böyük hissəsi, bəlkə də hamısı qayıtmayacaq. Amma VTB-dəki bərbad idarəetmə və korrupsion sistem nəticəsində əmanətçilərin pulu ilə belə ağlasığmaz riskə qol qoyulub. Bankın əmanətçiləri pullarının necə riskli idarə edilməsini bilsin və nəticə çıxarsın!
Məsələnin başqa tərəfi də var ”“ Mərkəzi Bankın qaydalarına riayət etmə. Belə ki, VTB-nin bu cür kreditləri təmin edilmiş kimi göstərməsi böyük ehtimalla Mərkəzi Bankın azı 2 normativ sənədinin pozulması ilə nəticələnib. Əvvəla, “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”x9d 9.4.5-ci bəndinə əsasən təminatı olmayan istehlak kreditləri ən riskli kredit növü hesab edilir (120%-li risk qrupuna aiddir). Lakin böyük ehtimalla (belə deyilsə, VTB təkzib versin və bu kreditlərin təminatsız olduğunu etiraf etsin!) VTB maliyyə hesabatlarında belə “ipoteka kreditlərini”x9d təminatlı kimi göstərərək sözügedən risk qrupuna aid etmir. Başqa sözlə, maliyyə göstəricilərini olduğundan xeyli yaxşı kimi göstərir. Əslində, ən azı onun kapital adekvatlığı göstəricisi bəyan etdiyindən az olmalıdır.
Digər tərəfdən, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”x9dnın 11-ci bəndinə uyğun olaraq belə kredit ümidsiz hesab edildikdə (ödəniş 120 gündən çox gecikdirildikdə), onun üçün 100% ehtiyat yaratmaq lazımdır. Çünki kredit təminatsızdır. Lakin böyük ehtimalla (belə deyilsə, VTB təkzib versin və bu kreditlərin təminatsız olduğunu etiraf etsin!) VTB krediti təminatlı kimi göstərərək tələb olunduğundan xeyli az ehtiyat yaradır (yaradacaq). Bu isə o deməkdir ki, bankın hesabatlarında bəyan edilən kapital göstəricisi də əslində xeyli aşağıdır. Yeri gəlmişkən, VTB-nin bəyan etdiyi kapitalı (40 mln) onsuz da Mərkəzi Bankın tələbindən (50 mln) 10 mln azdır. Amma belə çıxır ki, əslində heç 40 mln da yoxdur?
Başqa sözlə, VTB bunları edibsə, deməli, nəinki mövcud əmanətçilərinin hesabına böyük riskə gedib, o, həmçinin maliyyə hesabatlarında göstəricilərini də şişirdib və bununla da əhalini (potensial müştərilərini) aldadıb ki, ona daha çox etibar etsinlər.
Yaxşı, bəs Mərkəzi Bank hara baxıb? Niyə bu bankı lazımi qaydada yoxlamayıb, bu qanunsuz mexanizmi üzə çıxarıb bankı cəzalandırmayıb?
P.S. Qeyd etdiyim kimi, bu “ipoteka krediti”x9d mexanizmindən bəzi digər banklar da istifadə edir. Onları da üzə çıxarmaq lazımdır. Onların da borcluları yaranmış vəziyyətdəki üstünlüklərindən istifadə edərək banka öz iradəsini diqtə edə bilərlər! Onların da əmanətçiləri pullarını kimə etibar etdiyini bilməlidir!

Əkrəm Həsənov, tanınmış bank mütəxəssisi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin