Azərbaycanda əhalinin banklara 20 milyard manat kredit borcu var

Hazırda oxunan: Azərbaycanda əhalinin banklara 20 milyard manat kredit borcu var

116389

"Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyardlıq kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, dinamikaya baxsaq, 2021 ilə 2022-ni müqayisə etsək bu, təxminən 18% azalıb.

Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.

T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin