İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salınıb.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) Bizim.Media-ya məlumat verilib.
"İpoteka kreditləri üzrə əvvəlki dövrlə müqayisədə daha çox müraciətlərin olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 24 yanvar 2023-cü il tarixinə təyin edilmiş ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb.
İpoteka kreditləri üzrə müraciətlərin qəbulunun başlama vaxtı ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcəkdir", - deyə qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:49 / 24.01.2023
Problem yarandı - İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı
Hazırda oxunan: Problem yarandı - İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı
Hazırda oxunan: Problem yarandı - İpoteka kreditləri üzrə müraciətlərin qəbulu təxirə salındı
116380
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.