Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik müzakirə olundu və plenar iclasa tövsiyə edildi. Dəyişikliyə əsasən, gələn aydan minimum pensiya məbləği 280 manata çatdırılacaq. Pensiya məbləğindəki artım 2023-cü ildə həyata keçirilən sosial paketin tərkib hissəsidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edəcək:
“Belə ki, artıq gələn aydan pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə pensiyaya çıxacaqlar. Əvvəllər bu rəqəm 240 manat idi. Digər tərəfdən, 2006-cı il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitalı olanlar da minimum pensiya almaq hüququna malik olacaqlar. Yəni əgər vətəndaşımızın 25 il stajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ala biləcək. Pensiya amnistiyası növbəti üç ili əhatə edəcək.
Yeni dəyişikliklə eyni zamanda indeksasiya nəticəsində pensiyalar artacaq, amma minimum məbləğ səviyyəsinə çatmayan vətəndaşlarımızı da əhatə edəcək. Bütövlükdə, gələn aydan 280 manatdan az pensiya ödənilməyəcək”.
“Bu, həmçinin orta pensiya məbləğinə də təsir edəcək. Orta pensiyada da artım olacaq”, - deputat vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
14:29 / 23.01.2023
“Bir manat pensiya kapitalı olanlar da minimum pensiya alacaqlar” - Deputat“
Hazırda oxunan: “Bir manat pensiya kapitalı olanlar da minimum pensiya alacaqlar” - Deputat“
Hazırda oxunan: “Bir manat pensiya kapitalı olanlar da minimum pensiya alacaqlar” - Deputat“
116205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.